Rusiyada Azərbaycan media agentliklərinin saytları bloklanıb?
Cəmiyyət
03.07.2025 13:13
Rusiya ərazisindən bir sıra Azərbaycan xəbər portallarına girişdə problemlər müşahidə olunur.
TodayPress TV xəbər verir ki, AZƏRTAC, APA kimi agentliklər, hətta "Azerisport" idman saytında problemlər müşahidə olunur.
İstifadəçilərin bildirdiyinə görə, bu saytlar xüsusilə mobil internet bağlantısı vasitəsilə açılmır.
Hazırda məsələ ilə bağlı rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, vaxtilə Oxu.Az, Media.az və digər saytlar da heç bir bildiriş olmadan bloklanmışdı.
(Oxu.az)
tag: Rusiya,Agentlik,Media,Azərbaycan,Todaypress.tv,
