Red Bull Car Park Drift tam sürətlə yenidən Bakıda!
Cəmiyyət
24.06.2025 12:05
28 iyun, saat 18:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində Red Bull Car Park Drift tədbiri artıq dördüncü dəfə baş tutacaq.
TodayPress TV xəbər verir ki, yerli drifterlər sürət, texnika və vizual şou ilə dolu trasda bacarıqlarını nümayiş etdirəcəklər.
Onlar “Box”, “spiral”, “gate” və digər xüsusi maneələri keçərək maksimum 400 xal toplamağa çalışacaqlar. Ən yüksək nəticəni əldə edən sürücü isə 2026-cı ildə keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.
Yarış Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və CBC Sport-un dəstəyi ilə baş tutacaq.
Bu il yarışda unikal anlar yaşanacaq – drift ustası Abdo Feghali və stunt motosikletçi Aras Gibieža ilk dəfə ölkəmizdə eyni arenada çıxış edəcək və izləyicilərə unutulmaz bir şou təqdim edəcəklər.
Bilet əldə etmək istəyənlər www.redbull.az/bilet saytına daxil olmalıdırlar.
tag: Red Bull,Bakı,Sürət,Yarış,Todaypress.tv,



