Qızların oğlana elçi getməsi: Azərbaycan cəmiyyəti buna hazırdır?
Cəmiyyət
16.10.2025 16:19
Ölkəmizdə cütlüklər arasında münasibətlərdə təşəbbüsün əsasən oğlanlardan gözlənildiyini inkar etmək olmaz.
Bu, təkcə maddi deyil, həm də mənəvi dəyərlərə aiddir.
Lakin maraqlıdır, qızların oğlana elçi getməsi Azərbaycan cəmiyyətində mümkündürmü?
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, bu hal Azərbaycan üçün xarakterik deyil.
Onun sözlərinə görə, bizim cəmiyyət üçün bu, çox da tipik hal sayılmaz.
"Mental dəyərlər, milli düşüncə və ənənəvi baxışlar baxımından inanmıram ki, bir qız bir oğlana elçi getməyə cəsarət etsin. Oğlanlar “yox” cavabı aldıqda bunu faciəyə çevirmirlər. Amma qadın təbiətinə görə, rədd edilmək onun üçün ağırdır. Qızın elçi gedib “yox” cavabı alması onu psixoloji cəhətdən daha çox təsirləndirə bilər. Ona görə də düşünmürəm ki, bizim cəmiyyətdə belə hallar geniş yayılsın", – deyə sosioloq qeyd edib.
Lalə Mehralı əlavə edib ki, bəzi Qərb ölkələrində qadınlar münasibətlərdə daha açıq və cəsarətlidirlər. Lakin Azərbaycan kimi ənənəvi dəyərlərin güclü olduğu cəmiyyətlərdə bu, hələ qəbul edilən davranış modeli sayılmır.
Türkan İsgəndərli
tag: Lalə Mehralı,Sosioloq,Qızlar,Oğlanlar,Elçi,Todaypress.tv,
