Qarabağ qazisi olan jurnalistlər Türkiyənin xəbər agentliyini ziyarət etdi
Cəmiyyət
29.07.2025 17:13
Qarabağ müharibəsində iştirak etmiş azərbaycanlı jurnalistlər Türkiyənin Demirören Xəbər Agentliyini (DHA) ziyarət ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Səfirliyi məlumat yayıb.
Ziyarət zamanı jurnalistlərə Media-İş Həmkarlar İttifaqının sədr müavinləri Cemal Sonsay və Dilek Atçeken müşayiət ediblər. Heyətə Bəhrüz Məmmədzadə, Daşqın Əzizov, Elşad Eyvazov, İlham Ağayev, Mail Əsgərov, Məğrur Əliyev, Rəşad Baxşəliyev, Rəşad Rəşidov, Rza Babirov və Elmar Məmmədli daxil olub. Qonaqları DHA-nın baş direktoru Cemal Coşkun qarşılayıb.
Görüş zamanı mediada təcrübə mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə mətbuatı arasında əməkdaşlıq və həmrəylik imkanları müzakirə edilib.
Cemal Coşkun agentliyin fəaliyyəti, xəbərçilik prinsipləri və rəqəmsal mediadakı rolu haqqında məlumat verib.
Ziyarət qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosu çəkilişi ilə başa çatıb.
Töhfə Səməd
tag: Qarabağ müharibəsi,Qazi,Jurnalist,Demirören Xəbər Agentliyi,Todaypress.tv,