Qarabağ Azərbaycanın əsas bölgəsinə çevriləcək - AÇIQLAMA
Cəmiyyət
31.05.2025 11:01
"Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncamı ölkənin növbəti illər üzrə sosial-iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Həmçinin işğaldan azad olunan ərazilərə qayıdış prosesini daha da sürətləndirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
Millət vəkili vurğulayıb ki, dövlət başçısının bu təşəbbüsü həm sosial rifahın artırılması, həm də Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, artıq 15 minə yaxın keçmiş məcburi köçkün bu ərazilərə qayıdıb və II Dövlət Proqramının icrası nəticəsində bu rəqəmin 140 minə çatması gözlənilir.
"Yeni sənədlərdə regionun iqtisadi potensialının reallaşdırılması, iş yerlərinin yaradılması, özəl investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması kimi prioritetlər əksini tapacaq. Qarabağ və Şərqi Zəngəzur ölkənin iqtisadi inkişafında “drayver” rolunu oynayacaq".
Deputatın fikrincə, bu təşəbbüslər Azərbaycanın postmünaqişə dövründə regional inkişaf modelinin formalaşdırılması baxımından da mühüm addımdır.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Qarabağ,Bölgə,Todaypress.tv,
