Ombudsman: "Reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşılmalıdır"
Cəmiyyət
09.10.2025 15:03
“Reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşılması xüsusi əhəmiyyət kəsb edir”
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası zamanı deyib.
“Son zamanlar bir sıra mərkəzlərdə reabilitasiyaya cəlb olunan şəxslərin görüntülərinin sosial şəbəkələrdə və mediada paylaşılması halları müşahidə olunmaqdadır. Bu materialların əsasən reklam məqsədilə ictimaiyyətə təqdim edilməsi nəticə etibarilə həmin insanların məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə uyğun gəlmir. Belə yanaşma həm də reabilitasiya prosesinin əsas məqsədi olan cəmiyyətə sağlam adaptasiyanı çətinləşdirə bilər. Hesab edirik ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi, lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi və etik prinsiplərə ciddi riayət olunması zəruridir. Eyni zamanda, media nümayəndələri və ictimaiyyətin reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir”.
tag: Ombudsman,Səbinə Əliyeva,Tədbir,Çıxış,Todaypress.tv,
