Oktyabrda üçüncü maqnit qasırğası qeydə alındı
Cəmiyyət
18.10.2025 19:30
Oktyabr ayında üçüncü maqnit qasırğası qeydə alınıb.
TodayPresss TV "Lenta.ru" ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat verib.
Mütəxəssislər bildiriblər ki, hadisə günəş küləyinin sürətinin artması və günəş diskinin tac dəliyinin Yerin maqnitosferinə təsiri ilə bağlıdır.
Qasırğa mülayim hesab olunur və güclü geomaqnit dalğalanmaları gözlənilmir. Alimlər vəziyyətin oktyabrın 20-də stabilləşəcəyini, ardından təxminən bir həftəlik sakitlik dövrü olacağını proqnozlaşdırırlar.
Bu ay artıq iki maqnit qasırğası — 1–3 oktyabr və 12 oktyabr tarixlərində baş verib. Oktyabrın 18-də isə M sinfinə aid dörd günəş partlayışı qeydə alınıb. Günəş aktivliyinin yüksək səviyyədə qalması davam edir.
Jalə Rövşən
