Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatdı - YENİLƏNDİ

Cəmiyyət

22.05.2025 13:32

6

Növbəti köç karvanı Xocalı şəhəri və rayonun Ballıca kəndinə çatıb.

TodayPress TV xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu gün olan köç də nəzərə alınmaqla, Xocalı rayonunun Ballıca kəndinə cəmi 180 ailə (840 nəfər), Xocalı şəhərinə isə cəmi 86 ailə (346 nəfər) köçürülüb.

***

12:16

Xocalı şəhəri və rayonun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. 

TodayPress TV xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülür. 

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

Bu gün olan köç də nəzərə alınmaqla, Xocalı rayonunun Ballıca kəndinə cəmi 180 ailə (840 nəfər), Xocalı şəhərinə isə cəmi 86 ailə (346 nəfər) köçürülüb.

tag: Xocalı,Ballıca,Köç,Karvan,Todaypress.tv,