Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq

Cəmiyyət

21.08.2025 23:50

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılacaq Regional Ailə Mərkəzlərinin Şərur və Culfa rayonları üzrə inzibati binalarının tikintisi üçün artıq torpaq sahələri ayrılıb.

TodayPress TV xəbər verir ki, cari ildə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mərkəzlərin tikintisinin layihə-smeta sənədlərinin satın alınması xidmətləri ilə bağlı tender sorğusu keçirilib. Nəticələrə əsasən Komitə ilə qalib təchizatçı “BİMD” Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanıb. Hazırda Şərur və Culfa şəhərlərində inzibati binaların layihələndirilməsi ilə əlaqədar müvafiq işlər həyata keçirilir.

tag: Naxçıvan, Sosial-İqtisadi, Ailə Mərkəzi, Ailə Qadın Uşaq , todaypress.tv,