Muxtar Babayev: “Məsuliyyətli istehlakçı formalaşdırmalıyıq”
Cəmiyyət
11.09.2025 11:14
“Suyun istifadəsində məsuliyyətli istehlakçı formalaşdırılması əsas şərtdir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.
O bildirib ki, hazırda ölkəmizin su anbarlarında 16 milyard kubmetr su ehtiyatı mövcuddur:
“Bu suyu toplamağı bacarmışıqsa, ondan səmərəli istifadə etməyi də bacarmalıyıq. Azərbaycan Su Konvensiyasının üzvüdür və bu məsələ hər zaman həm ölkəmizin, həm də regionun maraqlarının qorunması üçün diqqət mərkəzində saxlanılmalıdır”.
Muxtar Babayev diqqətə çatdırıb ki, hələlik su istehlakında istənilən səviyyəyə çatmamışıq. Buna görə də bu istiqamətdə proqramlarımızı daha ciddi və məqsədyönlü şəkildə qurmalıyıq.
Qiymət Mahir
tag: Muxtar Babayev,Bakı,Su,Həftəsi,Tədbir,Todaypress.tv,