Müflisləşmə barədə ərizələr elektron formada hazırlanıb məhkəməyə göndəriləcək
Cəmiyyət
04.06.2025 14:37
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə (iflas) barədə iddia ərizələrinin elektron formada hazırlanması və məhkəməyə göndərilməsi imkanı yaradılıb.
TodayPress TV xəbər verir ki, bu funksionallıq vətəndaşlara və hüquqi şəxslərə iflas və müflisləşmə halları ilə bağlı məhkəməyə müraciət prosesini daha sadə və operativ şəkildə həyata keçirməyə şərait yaradır.
İstifadəçilər portala daxil olaraq inteqrasiya olunmuş müvafiq elektron xidmət vasitəsilə iddia ərizəsini formalaşdıra, zəruri məlumat və sənədləri əlavə edə və həmin ərizəni birbaşa məhkəməyə göndərə bilərlər.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.
tag: Ədliyyə,Nazirlik,Müflisləşmə,Portal,Todaypress.tv,