Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı
19.06.2025 10:51 Cəmiyyət

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin və tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1065 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 648 manat təşkil edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər