Müasir Azərbaycanın “Mehriban dost” zirvəsi – Deputat yazır...
Cəmiyyət
26.08.2025 13:52
“Vətənə və xalqa xidmət ideyalarını həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə milyonların rəğbətini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müasir dövrümüzün ən nüfuzlu ictimai-siyasi xadimlərindən biridir. Onun mərhəmət, şəfqət və humanizmə əsaslanan fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan cəmiyyətinin sosial rifahının yüksəldilməsinə xidmət edir”.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım yazıb.
“Mehriban xanım, Sizin həyat yolunuz, fəaliyyətiniz və nəcib amalınız hər bir azərbaycanlı üçün böyük örnəkdir. Siz təkcə dövlət xadimi kimi deyil, həm də bir ana, bir ziyalı, bir humanist kimi xalqımızın ürəyində xüsusi yer tutmusunuz. Azərbaycanın bütün bölgələrində, hər bir sahədə, insanımızın həyatına toxunan saysız-hesabsız xeyirxah təşəbbüsləriniz xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır.
Mədəniyyətimizin dünyada təbliğində, təhsil və səhiyyə sahəsində həyata keçirdiyiniz mühüm layihələrdə, Qarabağın dirçəlişinə verdiyiniz misilsiz töhfələrdə Sizin əvəzolunmaz imzanız vardır. Xalqımıza sevgi və qayğı ilə yanaşmanız, çətin anlarda insanlara dəstək olmanız, hər kəsin yanında dayanmanız Sizi xalqımızın qəlbində “Mehriban ana”, “Mehriban dost” zirvəsinə ucaldır.
Mehriban xanım, Sizin timsalınızda Azərbaycan qadınının müdrikliyi, zərifliyi, fədakarlığı və gücü təcəssüm olunur. Siz milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, ölkəmizi müasir dünyaya təqdim edən ən parlaq simalardan birisiniz.
Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti və uzun ömür arzulayıram. Uca Tanrı Sizi hər zaman qorusun. Əminəm ki, gələcək illərdə də Sizin humanist missiyanız və yüksək ideallarınız xalqımızın xoşbəxtliyi və Azərbaycanın daha böyük uğurları naminə öz bəhrəsini verəcək”.
Aysel Mətləb
tag: Fatma Yıldırım,Deputat,Mehriban Əliyeva ,Təbrik,Todaypress.tv,
