Köç karvanı Bəylik kəndinə çatdı, mənzillərin açarları təqdim edildi - YENİLƏNDİ 2

Cəmiyyət

31.05.2025 17:10

Bu gün doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.

TodayPress TV xəbər verir ki, bu mərhələdə kəndə 153 nəfərdən ibarət 38 ailə köçürülüb.

Köçürülən ailələri qarşılayan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri onları yeni evlərinə köçmələri münasibətilə təbrik ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

***

06:26

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Laçın rayonuna respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

TodayPress TV xəbər verir ki, bu gün Laçın rayonunun Bəylik kəndinə daha 38 ailə – 153 nəfər köçürülür.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.

Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.

Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

tag: Köç,Qayıdış,Bəylik,Kənd,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo