İlhamə Novruzova vəzifəsindən azad edildi

İlhamə Novruzova vəzifəsindən azad edildi
23.07.2026 13:45 Cəmiyyət

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini İlhamə Novruzova vəzifəsindən azad edilib.

TodayPress TV APA-ya istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 23 iyul tarixində sərəncam imzalayıb.

Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, ötən gün QSC-nin sədri səlahiyyətlərini icra edən müavin Xaliq Babayev də vəzifəsindən azad edilmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər