Hərracda 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirildi
Mayın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 8 lot üzrə 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib.
TodayPress TV xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri və texnikaya ümumilikdə 37 sifariş qəbul edilib.
Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda start qiyməti 14.000 manat olan “BMW 740 Li” markalı avtomobil 19.100 manata, 14.400 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi isə 21.100 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/tu8h0 linki vasitəsilə tanış olmaq olar.
İyun ayı üzrə növbəti hərraclar 3, 10, 11, 18 və 24 iyun tarixlərində keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 81 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclara iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.
tag: Hərrac,Elan,İqtisadiyyat,Maliyyə,Todaypress.tv,