Gəncənin deputatından ölkəni sarsıdan hadisəyə MÜNASİBƏT
“Cəmiyyətimizdə belə ağır və ağlasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik”.
TodayPress Tv xəbər verir ki, bu fikirləri Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev öz “Facebook” hesabında yazıb.
O, Gəncədə döyülərək qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovun ölümünə münasibət bildirib:
“Çox təəssüf ki, belə amansız hadisə baş verib. Çox üzülür və kədərlənirəm. Azərbaycan polisi və güc orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq. Qanun qarşısında cavab verəcək. Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah səbr versin. Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik. Cəmiyyətimizdə belə ağır və ağlasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik”.
Deputat qeyd edib ki, təhsil müəssisələri, valideynlər, aidiyyatı qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmə gənclərin tərbiyəsinə daha çox yatırım etməlidirlər.
“Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş bu hadisə baş verməzdi. Bir gəncin, bir ailənin ümidi puç olmazdı...”
Qeyd edək ki, martın 12-si axşam saatlarında Gəncədə vəhşicəsinə qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovun qatil və ya qatillərinin axtarışları davam edir.
Qiymət Mahir
tag: Naqif Həmzəyev,Deputat,Gəncə,Cinayət,Todaypress.tv,