Elmir Əkbər: “Evlilik heç bir kişini düzəltmir”

Cəmiyyət

10.06.2025 16:42

“Ailə qurmaqla şəxslərin nə narkomaniya, nə də başqa problemlərini həll etmək mümkün deyil. Evlilik heç bir kişini düzəltmir”.

Bu fikirləri TodayPress TV-yə müsahibəsində psixoloq Elmir Əkbər bildirib. 

Onun fikrincə, bu tərz problemlər ailə qurandan sonra daha ciddi fəsadlara çevrilir. 

“Digər tərəfdən bioloji yetkinlik yaşı ilə psixoloji yetkinlik yaşı eyni deyil. İnsanlar psixoloji yetkin olmalıdırlar ki, ailə qurub, valideyn olmaq məsuliyyətini dərk etsinlər”.

Psixoloq qeyd edib ki, bəzi ailələr uşaq dünyaya gətirdikdən sonra pul axtarışına çıxırlar. İnsanlar maddi təminatına güvənəndən sonra uşaq dünyaya gətirməlidirlər. 

Elmir Əkbər şəxslərin evlilikdən əvvəl məcburi psixoloji yoxlanışdan keçirilməsini təklif edib. Onun sözlərinə görə, bu yolla insanların evliliyə hazır olub-olmadığı müəyyən etmək olar. 

Türkan İsgəndərli

tag: Elmir Əkbər,Psixoterapevt,Evlilik,Kişi,Todaypress.tv,