Ekspert: “Hər qəza ocağı ayrıca təhlil olunmalıdır”
Cəmiyyət
07.10.2025 14:43
Yol-nəqliyyat hadisələri dünyanın hər yerində insan həyatına təhlükə yaradan ciddi problemlərdən biridir.
Azərbaycanda da bu kimi bədbəxt hadisələr tez-tez baş verir.
Bəs qəza və onların ağır nəticələrinin əsas səbəbi nədir?
“Sürət məhdudiyyətlərinə əməl edilməli və hava ilə bağlı xəbərdarlıqlar izlənilməlidir”
Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, qəzaların böyük əksəriyyətinə səbəb yüksək sürət amilidir:
"Sürücülər çox vaxt avtomobillərdən ona qoyulan normadan artıq istifadə edirlər. Bundan başqa, sürücülük vərdişləri, peşəkarlıq səviyyəsi, avtomobilin texniki vəziyyəti, təkərlərin mövsümə uyğun dəyişdirilib-dəyişdirilməməsi, hava şəraiti də qəzanın nəticəsinə təsir edən amillərdir. Ən əsası, sürət məhdudiyyətlərinə əməl edilməli və hava ilə bağlı xəbərdarlıqlar izlənilməlidir".
“Qəzalar dünyanın hər yerində baş verir”
Ekspert onu da qeyd edib ki, yol qəzalarının sayının və ağır nəticələrinin azalması üçün həm infrastrukturun gücləndirilməsi, həm də maarifləndirmə işlərinin artırılması vacibdir:
"Küçələrdə elektron xəbərdarlıq tabloları varsa, yaxşı olardı ki, magistral yollarda da bu sistem genişləndirilsin. Qəzalar dünyanın hər yerində baş verir, amma onların nəticələrini azaldacaq qərarlar qəbul olunmalıdır. Hər bir qəza ocağı ayrıca təhlil edilməli, təkrarlanırsa, yeni yanaşmalar tətbiq olunmalıdır".
“Hədəfimiz yollarımızda insanların həyatını qorumaqdır”
Rauf Ağamirzəyev qeyd edib ki, dünyada "Vision Zero" – ölüm hallarına sıfır dözümlülük siyasəti var:
"İnsan səhv edə bilər, amma məqsəd odur ki, bu səhv başqa bir insanın ölümünə səbəb olmasın. Bizim də hədəfimiz yollarımızda insanların həyatını qorumaqdır. Bunun üçün həm fiziki, həm texniki infrastruktur, həm də maarifləndirmə işlərini gücləndirmək lazımdır", - deyə o fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, ölkədə avtomobillərin sayı ilə yanaşı, yol-nəqliyyat hadisələrinin sayı da artır. Bu isə öz növbəsində yol təhlükəsizliyi sahəsində daha sistemli tədbirlərin görülməsinin vacibliyini göstərir.
Türkan İsgəndərli
tag: Rauf Ağamirzəyev,Ekspert,Qəza,Araşdırma,Todaypress.tv,
 
        
 
                                ![Külək güclənəcək [[- XƏBƏRDARLIQ]]](/uploads/news/685d13437363e.webp) 
                                            ![Jurnalistlər Qubada [[müharibə veteranları üçün qurulmuş təsərrüfatlarla]] tanış oldular](/uploads/news/685c10177786f.webp) 
                                            ![“Psixi xəstələr aramızda gəzirlər” [[– Sosioloqdan Qobustandakı faciə ilə bağlı CİDDİ ÇAĞIRIŞ]]](/uploads/news/686e71cf9abf9.webp) 
                                            ![Qazaxa [["salam" vermək]] niyə bu qədər bahadır?](/uploads/news/68528092a0a08.webp) 
                                            ![10 marşrut üzrə [[keçirilən müsabiqələrin qalibləri]] müəyyənləşdi](/uploads/news/68bfecf940971.webp) 
                                            ![DSX-nin Xüsusi Məktəbində [[“Son zəng” tədbiri]] keçirildi](/uploads/news/684bdb1a7cae5.webp) 
                                            ![“Həmin sınıq-salxaq avtobuslar üçün gedişhaqqını artırırsınız?” [[– Ekspert OD PÜSKÜRDÜ]]](/uploads/news/68b5e08ab1cb3.webp) 
                                            ![Qarabağ — [[Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi]]](/uploads/news/68568eca20e4d.webp) 
                                            ![Yağış yağacaq, külək əsəcək [[- SABAHIN HAVASI]]](/uploads/news/6868e6ff93516.webp) 
                                            ![İl ərzində [[700 minə yaxın]] smartfon idxal edilib](/uploads/news/68c7b6b84759d.webp) 
                                            