Ekoloji Ekspertiza Agentliyinin gələcək planları açıqlandı

Cəmiyyət

13.08.2025 15:22

“Həmişə olduğu kimi, əsasən Bakı şəhərində həyata keçirilən genişmiqyaslı layihələrin icrası ilə bağlı müzakirələr aparılacaq. Məqsədimiz aydındır: ictimaiyyətin bu layihələr barədə məlumatlı olması vacibdir”.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ictimai dinləmədə deyib. 

“Ekoloji, iqtisadi və digər məsələlərlə bağlı hər hansı sual və ya problem yaranarsa, biz onları geniş ictimaiyyətin iştirakı ilə müzakirə etməliyik. Hesab edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi hər bir təklif, məsləhət və yanaşma ümumi işimizin xeyrinədir. Biz çalışmalıyıq ki, həyata keçirilən bütün layihələr haqqında dolğun və məntiqli məlumata sahib olaq. Agentlik olaraq, layihələrin yaratdığı təsirlərin azaldılması və qaçınılmaz nəticələrin aradan qaldırılması üçün görülməli tədbirləri birlikdə müəyyənləşdirib həyata keçirməliyik”, - deyə sədr bildirib. 

Qiymət Mahir

tag: Bakı ,Ekoloji Ekspertiza Agentliyi,Mirsalam Qənbərov,Təbii Sərvətlər Nazirliyi,Todaypress.tv,