Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq

Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq
24.07.2026 07:44 Cəmiyyət

Bu gün Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə gözlənilir.

Bu barədə TodayPress TV-yə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, fasilənin səbəbi həmin ərazilərdə təmir-quraşdırma işlərinin həyata keçirilməsidir.

Məlumata görə, saat 10:00-dan etibarən işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsi, Albalılıq və Atçılıq yaşayış massivləri, eləcə də Sabunçu rayonunun Zabrat qəsəbəsi, Oktyabr, R. Axundov və L. Məmmədbəyova küçələrində qaz təchizatında qısamüddətli fasilə olacaq.

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər