Ədliyyə naziri Qubada vətəndaşları qəbul edəcək

Cəmiyyət

02.07.2025 11:10

Ədliyyə naziri Fərid Əhmədov iyulun 18-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 17 iyul tarixinədək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17, əlaqə telefonu: (+9942332) 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

tag: Ədliyyə,Nazirlik,Quba,Qəbul,Todaypress.tv,