Dövlət komitəsinin balansındakı qəsəbələrdə payız-qış mövsümünə hazırlıq müzakirə olundu
Cəmiyyət
24.10.2025 11:12
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiya iclasında qurumun balansındakı qəsəbələrdə payız-qış mövsümünə hazırlıq müzakirə olunub.
Bu barədə TodayPress TV-yə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, yığıncaqda Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və gedişi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlıq və digər məsələlər müzakirəyə çıxarılıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.
Sonda kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.
tag: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,İclas,Dövr,Müzakirə,Todaypress.tv,
