Dövlət Komitəsi "Cəbrayıla qayıdış: yeni başlanğıclar..." adlı videoçarx hazırladı
Cəmiyyət
02.07.2025 11:42
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.
TodayPress TV xəbər verir ki, növbəti videoçarx 30 ildən artıq bir müddətdə Bakıda ağır şəraitdə yaşamış Cəbrayıl sakini, doğma torpağına qayıdan keçmiş məcburi köçkün Diriş Məmmədovun ailəsi ilə birlikdə təəssüratını əks etdirir.
"Uzun illərin həsrəti, çəkilən əziyyətlər arxada qalıb. İndi isə ata-baba yurduna qovuşmanın, doğma ocağa geri dönməyin sevincini yaşayırlar. Zamanında ağrılı-acılı ayrılığın yerini bu gün sonsuz sevinclə dolu qayıdış hissi alıb. Bir zamanlar ayrıldıqları torpağa yenidən qovuşmaq əvəzsiz bir xoşbəxtlikdir", - cümlələri ilə Dövlət Komitəsi videoçarxı yayımlayıb.
https://www.youtube.com/watch?time_continue=1&v=rydD3ESV2Eg&source_ve_path=MjM4NTE