Doğulan uşaqların cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir

Cəmiyyət

21.05.2025 14:54

3

Azərbaycanda doğulan uşaqların cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 

TodayPress TV xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib. 

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. 

Məlumata əsasən, 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq əvvəlki illə müqayisədə azalıb, 7008-dən 6132-yə düşüb. 

Belə ki, 2024-cü ildə 102 min 310 nəfər doğulan körpələrin 54 min 221-i oğlan, 48 min 89-u isə qız uşaqlarıdır.

Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6132 nəfərdir. 

Müqayisə üçün vurğulanıb ki, 2023-cü il üzrə 112 min 620 nəfər doğulan körpələrin 59 min 814-ü oğlan, 52 min 806-sı isə qız uşaqlarıdır.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,