DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi

Cəmiyyət

02.07.2025 12:48

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul - Azərbaycan Polisi Günü elan edilib.

tag: DİN,Ulu Öndər,Məzar,Ziyarət,Todaypress.tv,

photo
photo
photo