Çindən idxal edilən baytarlıq preparatlarında uyğunsuzluq aşkarlandı
Cəmiyyət
19.06.2025 11:13
Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından nümunələr götürülərək müayinələrə cəlb edilib.
Bu barədə TodayPress TV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26 min 900 ədəd 100 ml-lik (suspenziya) və 20 min 400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.
tag: Çin,AQTA, Monitorinq,Məhsullar,Sahibkar,Todaypress.tv,
