Böyükşor–Pirşağı avtomobil yolunun hərəkət istiqaməti dəyişdiriləcək

Cəmiyyət

05.06.2025 11:03

Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək. 

TodayPress TV xəbər verir ki, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq.

Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək. 

Sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

tag: Böyükşor,Pirşağı,Yol,Məhdud,Todaypress.tv,

photo