“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artdı

Cəmiyyət

03.09.2025 11:02

Bu ilin 8 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 513095 bilet əldə edilib.

TodayPress TV xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 

Ötən ilin yanvar-avqust aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 18,6% idisə, bu ilin müvafiq dövründə bu rəqəm 33,2%-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

Qeyd edək ki, “biletim.az” portalında 53 şəhər və rayona, 84 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 336 reys olmaqla 382 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Xatırladaq ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

TodayPress TV 

tag: Biletim.az,AYNA ,Artım,Portal,Todaypress.tv,