Bayram günlərində avtovağzallardan daşınan sərnişinlərin sayı açıqlandı
Cəmiyyət
07.06.2025 14:22
İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib.
TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 5-6 iyun tarixlərində paytaxtdan bölgələrə 20554 sərnişin daşınıb:
"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib".
"Sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. İstirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur",-deyə məlumatda qeyd edilib.
tag: AYNA,Sərnişin,Avtovağzal,Daşınma,Todaypress.tv,