Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək
Cəmiyyət
28.10.2025 12:08
Baş prokuror Kamran Əliyev noyabrın 4-də, saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
tag: Baş prokuror,Abşeron,Vətəndaş,Qəbul,Todaypress.tv,
