DSX-də “Açıq qapı günü” keçirildi

Cəmiyyət

02.06.2025 12:24

Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Dahi Öndəri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olmuş, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat alıblar.

Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilmiş, xidməti, inzibati binalara, əsgər yataqxanasına və yeməkxanaya baxış keçirilib.

Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etiblər.

Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunmuş, xatirə fotoşəkili çəkilib.

tag: DSX,Açıq Qapı,Günü,Tədbir,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo