“Azərbaycan mətbuatı təsadüfi jurnalistlərdən təmizlənməlidir” – Millət vəkili

Cəmiyyət

08.07.2025 13:28

“Azərbaycan mətbuatı “reket”, təsadüfi jurnalist və müxbirlərdən təmizlənməlidir”.

Milli Məclisin deputatı Razi Nurullayev bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib. 

Onun sözlərinə görə, bunlar medianın üzərinə kölgə salır.

“Hazırda yerli mətbuatda 30-40 faiz “reket” jurnalist var. Mediada çalışanlar nəyinsə müqabilində bəzi insanları hədəf göstərirlər. Təbii ki, Azərbaycanda professional jurnalistika da var. Onlar artıq dövlətçiliyi başa düşüblər”.

Deputat qeyd edib ki, hazırda jurnalistlərin qazancı çox azdır. 

“Bunun səbəbi isə reklam bazarının olmamasıdır. Reklam ayrı-ayrı şəxslərə və ya qəzetlərə verilir. Bununla da monopoliya yaranmış olur. Nəticədə jurnalist kiminsə əlinə baxır. Bu zaman da düzgün mövqe ortaya qoya bilmir. Bu da yolverilməzdir”.   

Türkan isgəndərli

tag: Razi Nurullayev,Deputat,Reaksiya,Rubrika,Todaypress.tv,