“Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirildi

Cəmiyyət

27.05.2025 12:32

3

Mayın 27-də Qəbələ rayon prokurorluğunda “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar təşkil olunub. Tədbirdə prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələri iştirak ediblər. 

TodayPress TV xəbər verir ki, seminara giriş sözü ilə başlayan Qəbələ rayon prokuroru Nazim Babayev, Azərbaycan Respublikasının hüquqi sisteminin inkişafında, xüsusilə dövlətin suverenliyinin qorunması və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində prokurorluğun rolunu vurğulayıb.

O, həmçinin, prokurorluğun müasir dövrdə qarşılaşdığı yeni çağırışlar və problemlər barədə ətraflı məlumat verərək, prokurorluğun bu sahədəki mövqeyini açıqlayıb.

Nazim Babayev, hüquqi təhsil və ictimaiyyətin hüquqi maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək, gənclərin hüquq sahəsindəki biliklərinin artırılmasının vacib olduğunu bildirilib. 

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov, çıxışında prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın və ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin vacibliyini önə çəkib.

O, prokurorluğun müasir dövrdəki çağırışlarla necə mübarizə apardığını və bu prosesdə cəmiyyətin dəstəyinin əhəmiyyətini diqqətə çatdırıb.

Kənan Zeynalov, prokurorluğun strukturu və funksiyalarını izah edərək, hüquqi islahatların gücləndirilməsi və dövlətin hüquqi təminatlarının daha da təkmilləşdirilməsinə yönəldildiyini bildirib. 

Seminarda müzakirə olunan mövzularda hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələlərə toxunulub.

Çıxışçılar, həmçinin, müasir dövrün tələblərinə uyğun olaraq, prokurorluğun qarşısında duran vəzifələrə dair məlumatlar veriblər.   

Tədbir interaktiv formatda davam edib. İştirakçılar çıxışçılara müxtəlif hüquqi məsələlər üzrə suallar ünvanlayaraq, ətraflı məlumat əldə ediblər.

tag: Qəbələ,Prokurorluq,Tədbir,İclas,Todaypress.tv,

photo
photo
photo
photo
photo