Azərbaycan digər ölkələrin KOB-larına müraciət etdi
“Azərbaycanın təşəbbüsü ilə CICA Katibliyi tərəfindən hazırlanmış “KOB-lar üçün Bələdçi” region ölkələri üçün mühüm resursa çevrilə bilər. Lakin bu sənədin daha funksional olması üçün üzv dövlətlərin təcrübə və tövsiyələri ilə zənginləşdirilməsinə ehtiyac var”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) Biznes Şurasının 8-ci Plenar Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, CICA Biznes Şurasının sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, yerli qanunvericilik, maliyyələşmə imkanları və uğurlu biznes nümunələri ilə bağlı məlumatların paylaşılması bu bələdçinin sahibkarlar üçün əsl praktiki vasitəyə çevrilməsinə kömək edəcək.
Töhfə Səməd
tag: Orxan Məmmədov,KOBİA,KOB,İnkişaf,Todaypress.tv,