Aprel ayı ərzində 9 milyona yaxın tibbi xidmət göstərilib

Cəmiyyət

22.05.2025 09:35

3

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin aprel ayı ərzində ümumilikdə 2 464 844 müraciət qeydə alınıb. Bunlardan 48 114-ü stasionar, 2 416 730-u ambulator olub.

TodayPress TV xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 14 % artım qeydə alınıb. 

Aprel ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, aprel ayı ərzində 8 815 400 (1 027 233 stasionar, 7 788 167 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artıb. 

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb.

Aprel ayı ərzində 3 765 965 sayda laborator müayinələr aparılıb ki, onların da 505 042-si stasionar, 3 260 923-ü ambulator olub.

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 27 % artım qeydə alınıb. 

Ay ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 33 937 (31 397 stasionar, 2 540 ambulator olmaqla) olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 1 % artım qeydə alınıb.

tag: TƏBİB,Tibbi,Xidmət,Yardım,Todaypress.tv,