22 istiqamətdə sıxlıq var

Cəmiyyət

19.05.2025 19:00

5

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:


1. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;


2. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;


3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;


5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;


6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;


7. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;


8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;


9. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;


10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;


11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;


13. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;


14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;


16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;


17. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;


18. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;


19. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;


20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;


21. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;


22. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

tag: Bakı,Sıxlıq,Küçə,Yol,Todaypress.tv,