Trampdan Zelenskiyə GÖZLƏNİLMƏZ ZƏNG: 1 ay vaxt

Trampdan Zelenskiyə GÖZLƏNİLMƏZ ZƏNG: 1 ay vaxt
26.02.2026 16:22

ABŞ Prezidenti Donald Tramp və  Ukrayna lideri Volodimir Zelenski arasında  fevralın 25-də telefon danışığı baş tutub. Tramp Zelenski ilə danışıq əsnasında müharibənin 1 aya başa çatmasını istədiyini bildirib. 

Bəs mövcud reallıqlar fonunda bu nə dərəcədə realdır?  

Politoloq Soltan Zahidov mövzunu TodayPress TV-yə  şərh edib.


O xatırladıb ki, Tramp bundan əvvəl tərəflərə iyun ayına qədər möhlət vermişdi. 

Analitik bildirib ki, hazırda tərəflər arasında danışıqlar İsveçrədə davam edir: 

"Bu gün Cenevrədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü planlaşdırılır. Görüşdə ABŞ tərəfdən Cared Kuşner və Stiv Uitkoff, Ukrayna tərəfdən isə Rustem Umerov iştirak edəcək. Bu görüşün əsas məqsədi mart ayının əvvəlində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün şərtlərini və detallarını müzakirə etməkdir". 

Ekspert Zelenskinin fikirlərinə diqqət çəkib: 

"Zelenski problemin həlli üçün liderlər səviyyəsində görüşün keçirilməsinin vacib olduğunu və  birbaşa Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib. Halbuki əvvəllər Putin bu kimi çağırışlara məhəl qoymayaraq, Zelenskini legitim prezident kimi tanımadığını və onunla görüşmək istəmədiyini bildirmişdi". 

SON BİR AY?

S.Zahidov hesab edir ki,  bu müharibənin bir ay ərzində başa çatacağı real görünmür:

"Çünki Rusiya tərəfi müharibəni bitirmək niyyətində olan tərəf təsiri bağışlamır. İrəli sürülən tələblər maksimalist xarakter daşıyır. Bu tələblər Ukraynanın ərazi güzəştinə getməsini, ordusunun sayının azaldılmasını və ölkəyə müəyyən məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutur.

Şübhəsiz ki, bunlar kifayət qədər ağır şərtlərdir. Ukraynanın Şərqi Donbasdan geri çəkilməsi böyük siyasi və psixoloji zərbə ola bilər və bu, əhalinin Zelenskiyə olan etimadını ciddi şəkildə sarsıda bilər. Eyni zamanda, Ukrayna Konstitusiyasına görə ərazi güzəşti qəbuledilməzdir. Buna görə də Zelenski bu məsələdə “qırmızı xətt”ini açıq şəkildə ifadə edib. Putinin şərti isə ondan ibarətdir ki, Ukrayna qüvvələri Donbasdan çıxarılmalıdır ki, atəşkəs sazişi imzalansın".

DONBASIN ÖNƏMİ 

Politoloq vurğulayıb ki, Donbas strateji baxımdan mühüm regiondur: 


"Ukrayna 2014-cü ildən etibarən bu bölgədə Rusiya ilə silahlı qarşıdurma şəraitindədir. Burada geniş istehkamlar və müdafiə xətləri qurulub, uzun müddətdir Ukrayna hərbçiləri həmin mövqelərdə döyüşürlər. Bu regiondan geri çəkilmək Ukraynanın milli maraqlarına uyğun addım hesab olunmur". 

VARİANTLAR MÜZAKİRƏ OLUNUR

O, hazırda mümkün güzəşt variantlarının müzakirə edildiyini bildirib: 

"Söhbət ABŞ-nin təklif etdiyi azad iqtisadi zonanın yaradılmasından gedir. Təklifə əsasən, həm Rusiya, həm də Ukrayna Donbasın müəyyən hissəsindən qoşunlarını geri çəkir və həmin ərazidə neytral zona formalaşdırılır. Zelenski son vaxtlar bu ideyanın müzakirə oluna biləcəyini bildirsə də, Rusiya tərəfindən hələlik müsbət reaksiya verilməyib. Eyni zamanda, hərbi əməliyyatlar davam edir. Rusiya tərəfindən Ukrayna şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilir. Bu da Rusiyanın hazırkı mərhələdə dayanmaq niyyətində olmadığını göstərir. Nəticə etibarilə, müharibənin bir ay ərzində başa çatması ehtimalı olduqca aşağı qiymətləndirilir". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Bütün Xəbərlər