Uitkoff Azərbaycan barədə Hakan Fidan və İbrahim Kalından məsləhət alır

Uitkoff Azərbaycan barədə Hakan Fidan və İbrahim Kalından məsləhət alır
25.09.2025 12:56 Xarici siyasət

Türkiyə rəsmilərindən mütəmadi olaraq Azərbaycan barədə məsləhət alıram.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

O qeyd edib ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak vasitəsilə Azərbaycan, Ermənistan və Ukrayna mövzuları ətrafında Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının fikirlərini öyrənir.

“Məsələn, mən Toma zəng vurub soruşuram ki, İbrahimin bu mövzu haqqında fikri nədir? Bunun kimi çoxlu misal çəkə bilərəm. Bu cür təmaslar saxlamaq mənə Tramp administrasiyası tərəfindən tövsiyə olunur”, - Uitkoff bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər