Əlilliyi olan şəxslər üçün xüsusi qərar — Yeni binalar belə tikiləcək

Əlilliyi olan şəxslər üçün xüsusi qərar — Yeni binalar belə tikiləcək
19.05.2026 17:10 Xarici siyasət

“Yaşayış binaları ilə yanaşı, xüsusilə evlərin yerləşdiyi ərazilərdə sosial təminat ehtiyacları – məktəb, ibadətgah, parklar, eləcə də su, ətraf mühit və çirkab suları kimi məsələlər daha çox bələdiyyələri maraqlandırır. Təbii ki, davamlı yaşayış yerləri tikmək və bu evlərdə yaşamaq lazımdır”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun çərçivəsində keçirilən "Yerli həllərin miqyasının artırılması: Siyasət, idarəetmə və maliyyələşmə yolları" adlı paneldə çıxış edən Türkiyə Böyük Millət Məclisinin İctimai İşlər, Yenidənqurma, Nəqliyyat və Turizm Komitəsinin sədri Adil Karaismailoğlu deyib.

Komitə sədri diqqətə çatdırıb ki, mənzil təkcə tikinti deyil, həm də infrastrukturun ayrılmaz bir hissəsidir:

“Biz mənzili həmişə konstitusion bir haqq olaraq görürük. Məskunlaşma hüququ konstitusion bir hüquqdur və insan haqqıdır. Bunu təmin etmək isə dövlətin və idarəetmə orqanlarının vəzifəsidir. Biz bu istiqamətdə vacib işlər görürük”.

Adil Karaismailoğlu Türkiyədə mənzil ehtiyacını ödəmək üçün fəaliyyət göstərən Toplu Mənzil İdarəsindən (TOKİ) də bəhs edib:

“Türkiyədə mənzil ehtiyacını ödəmək üçün Toplu Mənzil İdarəsi adlı bir qurumumuz var. TOKİ son 20 il ərzində 1 milyon 760 mindən çox yaşayış binası inşa edərək vətəndaşlara təslim edib. Yəni 6 milyona yaxın vətəndaşımız məhz Toplu Mənzil İdarəsinin inşa etdiyi binalarda, mənzillərdə yaşayır”.

Çıxışının sonunda Komitə sədri yaşayış sahələrində əlçatanlıq və əlilliyi olan şəxslərin hüquqlarının vacibliyini qeyd edib:

“Təbii ki, binalar tikilərkən insanların ora rahat çıxışı da son dərəcə vacibdir. Xüsusilə də bu imkanlar yaradılarkən, əlilliyi olan şəxslərin də maneəsiz hərəkətini təmin etmək bizim ən əsas vəzifələrimizdən biridir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 Все новости