Ceyhun Bayramov Qətər XİN-in dövlət naziri ilə görüşdü

Ceyhun Bayramov Qətər XİN-in dövlət naziri ilə görüşdü
29.05.2025 14:03 Xarici siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin dövlət naziri Muhəmməd bin Əbdüləziz bin Saleh əl-Xuleyfi ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri, ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə edilib.

İki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində mövcud potensialdan istifadənin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH), habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin zəruriliyi qeyd olunub. Ölkəmizin növbəti ildə İƏT sammitinə sədrliyi çərçivəsində əməkdaşlıq imkanlarından bəhs olunub.

Ötən il Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində verilmiş qərarların əhəmiyyəti qeyd olunub, iqlim maliyyəsi mövzusunda əldə olunmuş bu nailiyyətlərin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə töhfə olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov həmçinin qarşı tərəfi keçmiş münaqişənin və Ermənistanın işğal siyasətinin nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

Regional sülh quruculuğu prosesinin qarşısında duran çağırışlar və maneələrdən bəhs edən nazir Ceyhun Bayramov Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdirildiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
05 IYUN 2026
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Bütün Xəbərlər