BTQ-nin icraçı direktoru: "Bu, neokolonializmin bariz nümunəsidir”

BTQ-nin icraçı direktoru: "Bu, neokolonializmin bariz nümunəsidir”
25.06.2025 09:34 Xarici siyasət

“Qvadelupun Fransanın müstəmləkəçiliyi altında öz mövcudluğunu davam etdirməsi neokolonializmin bariz nümunəsidir”. 

TodayPress TV xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bunu Bakıda keçirilən “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda adada işsizlik səviyyəsi 18-20 faizdir. Bu göstərici Fransadan 3 dəfə çoxdur. Bu da onu deməyə əsas verir ki, Qvadelup adasında vəziyyət son dərəcə ciddidir. 

“BTQ olaraq biz bu siyasətə “dur!” demək üçün buradayıq”, - deyə o əlavə edib. 

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər