Britaniya XİN başçısı Azərbaycan və Ermənistanı təbrik etdi

Britaniya XİN başçısı Azərbaycan və Ermənistanı təbrik etdi
09.08.2025 10:58 Xarici siyasət

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycan və Ermənistanın sülh naminə atdığı addımlardan məmnunluq ifadə edib.

TodayPress TV xəbər verir ki, nazir bu barədə özünün “X” hesabında bəyanat verib.

“Vaşinqtonda sülhə doğru atılan qətiyyətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edirəm. Burada ABŞ prezidentinin rolu həyatidir. ABŞ vitse-prezidentinə dediyim kimi, Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır”.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər