Azərbaycanla Çin arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə edildi

Azərbaycanla Çin arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə edildi
15.08.2025 22:20 Xarici siyasət

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov Çinin Bakıdakı səfiri xanım Lu Mey ilə görüşüb.

Qurumdan TodayPress TV-yə verilən məlumata görə, görüşdə qonaqlara limanın infrastruktur imkanları, son illərdə əldə edilən nəticələr və iki ölkə arasında yükdaşımalar üzrə göstəricilər barədə ətraflı məlumat verilib. Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

E.Salahov çıxışında Bakı Limanının Orta Dəhlizin mühüm tranzit mərkəzlərindən biri kimi strateji əhəmiyyətini vurğulayaraq Çindən Avropaya uzanan yük axınlarının daha səmərəli və sürətli şəkildə həyata keçirilməsi üçün birgə səylərin önəmini qeyd edib.

Səfir Lu Mey isə Çin şirkətlərinin Orta Dəhlizdən istifadə imkanlarını yüksək qiymətləndirərək iki ölkə arasında ticarət və logistika əlaqələrinin daha da gücləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini bildirib.

Qeyd edək ki, ötən ilin ilk yeddi ayı ərzində Bakı Limanından keçməklə Çindən Qərb istiqamətində, Qərbdən Çin istiqamətində, o cümlədən Azərbaycanın Çinlə ticarət dövriyyəsi üzrə ümumi yükaşırma həcmi 360 min ton təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 3,0 % artaraq 371 min tondan çox olub. Xüsusilə konteyner daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 105 %-dən çox artım qeydə alınıb. Bu ilin ilk yarısında Bakı Limanından keçməklə Çindən Qərb istiqamətində və əks istiqamətə ümumilikdə 25 611 TEU ekvivalentində konteyner daşınıb.

XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər