Azərbaycan və Çin investisiya əməkdaşlığını genişləndirir

Azərbaycan və Çin investisiya əməkdaşlığını genişləndirir
26.09.2025 01:00 Xarici siyasət

Bakı və Pekin investisiya əməkdaşlığını genişləndirir. 1995-ci ildən 2025-ci ilin birinci yarısına qədər Çinin Azərbaycana birbaşa investisiyası 942,3 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycandan Çinə ümumilikdə 2,1 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da 1,9 milyard dolları Dövlət Neft Fondu tərəfindən təmin edilib.

"Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Bu ilin 7 ayında iki ölkə arasında ticarət dövriyyəsi 26 faiz artıb", - o söyləyib.

Ş.Mustafayev onu da qeyd edib ki, nəqliyyat-tranzit sektoru Bakı ilə Pekin arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir.

"Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çini Avropa ilə birləşdirən ən qısa və əlverişli marşrut kimi ölkəmizin strateji rolunu daha da gücləndirir", - o əlavə edib..


TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər