Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Prezidenti ilə görüşdü
23.09.2025 22:25 Xarici siyasət

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü olub.

TodayPress TV xəbər verir ki, Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Vaşinqtonda əldə edilmiş tarixi nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Aleksandr Stubb Finlandiyanın regionda sülhü daim dəstəklədiyini qeyd etdi.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı məhz Finlandiyanın ATƏT-ə sədrliyi dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə əlaqədar qərarın qəbul edildiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın sülh dövrünə qədəm qoyduqlarını qeyd etdi.

Söhbət zamanı sülh gündəliyinin irəli aparılması üçün birgə səylərin vacibliyi vurğulandı.

Görüşdə Azərbaycanla Finlandiya arasında ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair fikir mübadiləsi aparıldı.



TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər