Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna seçildi

Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna seçildi
15.08.2025 23:50 Xarici siyasət
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məsləhətçi Qrupunun tərkibinə 12 yeni üzv təyin edib.

TodayPress TV “Report”a istinadən xəbər verir ki, yeni üzvlər arasında Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) direktoru Elməddin Mehdiyev də var.

Digər təyinatlar Kanada, Fil Dişi Sahili, Danimarka, Qambiya, Almaniya, Niderland, Niger, Norveç, Qətər, Cənubi Afrika və İsveçdən olan nümayəndələrdir.

Məsləhətçi Qrup Afrika, Asiya, Avropa, Körfəz, Latın Amerikası və Karib hövzəsi, Şimali Amerika və Okeaniya regionlarını təmsil edən 23 üzvdən ibarətdir. Üzvlər yalnız bir dəfə olmaqla üçillik müddətə təyin olunurlar.

2005-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunan Məsləhətçi Qrup Humanitar Məsələlər üzrə Baş katibin müavini və Fövqəladə Yardım Koordinatoru vasitəsilə Baş katibə CERF-nin istifadəsi və təsiri ilə bağlı siyasət tövsiyələri və məsləhətlər verir.

2006-cı ildən bəri CERF 110-dan çox ölkə və ərazilərdə yardım xarakterli 9,2 milyard ABŞ dollarından çox vəsait ayırıb. Bu, 143 üzv dövlət və müşahidəçinin, həmçinin regional hökumətlərin, korporativ donorların, fondların və fərdi şəxslərin töhfələri hesabına mümkün olub.

2025-ci ilin ilk yarısında CERF 24 ölkədə, o cümlədən Əfqanıstanda gözlənilən quraqlıqlar ərəfəsində qabaqlayıcı dəstək göstərmək və İrandan qayıdanların sayının artmasına cavab vermək üçün 214 milyon ABŞ dolları ayırıb. 2025-ci ildə CERF həmçinin 8 ölkədə innovativ iqlimə davamlılıq təşəbbüslərini dəstəkləyib və Qvatemalada quraqlıqların humanitar təsirini azaltmaq üçün 4 milyon ABŞ dolları ayırıb.
XƏBƏR LENTİ
01 IYUN 2026
Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 Bütün Xəbərlər