Zaxarova Azərbaycana təşəkkür etdi

Zaxarova Azərbaycana təşəkkür etdi
19.06.2025 16:27 Xarici siyasət

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana təşəkkür edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü bu gün Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirdiyi brifinqdə bildirib.

Zaxarova İsrail-İran münaqişəsinin ilk günlərində İranda olan Rusiya vətəndaşlarının təxliyəsini təşkil etdiyinə görə Azərbaycana təşəkkür edib: "Azərbaycanlı tərəfdaşlarımıza xüsusilə eskalasiyanın ilk günlərində göstərdiyi köməyə görə səmimi təşəkkür edirəm. Bakı ilə logistik xarakterli bütün təşkilati məsələləri operativ şəkildə həll edirik. Bu günə kimi İran-Azərbaycan sərhədindəki Astara nəzarət buraxılış məntəqəsindən 500-dən çox Rusiya vətəndaşı keçib. Onlar Azərbaycan torpağındakı qonaqpərvərliyi, dəstəyi xüsusi qeyd edirlər".

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər