Bölgələrdə istirahət neçəyə başa gəlir?

Bölgələrdə istirahət neçəyə başa gəlir?
22.07.2025 16:51 Turizm

Bu yay mövsümündə də istirahət üçün Azərbaycanın bölgələrinə üz tutan vətəndaşlar qiymətin yüksək olmasından gileylənirlər.

Turizm eksperti Ceyhun Aşurov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, hazırda Azərbaycanın bölgələrində qiymətlər əsasən hotellərin səviyyəsinə, kənd evlərinin şəraitinə və daxil olan xidmətlərə görə dəyişir.     

"İki nəfərlik otaq və ya kənd evində bir günlük qalmaq təxminən 100-150 manat aralığında dəyişir. Hotellərdə isə qiymətlər 100 manatdan başlayır və bu məbləğə səhər yeməyi də daxildir. Qidalanma xərcləri isə adambaşı 30-40 manat civarındadır. Ümumilikdə, iki nəfərlik bir həftəlik bölgə istirahəti 1000 manata qədər başa gələ bilər. Ailə üzvlərinin sayı çox olduqda kənd evləri, villalar və “A-frame” tipli evlər daha sərfəli seçim hesab olunur".

Ceyhun Aşurov bildirib ki, qiymətlərdə cüzi artım müşahidə olunsa da, bu, mövsümi xarakter daşıyır:

"Ötən illə müqayisədə qiymətlərlə elə ciddi fərq yoxdur. Sadəcə mövsümə uyğun olaraq gördüyümüz bahalaşma normaldır", - deyə o fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

FOTOLAR

Bölgələrdə istirahət neçəyə başa gəlir? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Bütün Xəbərlər