Zelenskidən Trampa strateji təklif: “Ukrayna ABŞ üçün enerji körpüsünə çevrilə bilər”

Zelenskidən Trampa strateji təklif: “Ukrayna ABŞ üçün enerji körpüsünə çevrilə bilər”
20.10.2025 11:14 Təhlil

“Ukraynanın boru kəmərlərindən istifadə etmək ABŞ üçün həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm dəyişikliklər-Avropada enerji təsir dairəsini genişləndirmək imkanı yarada bilər”. 

Bu sözləri iqtisadçı Akif Nəsirli TodayPress TV-yə açıqlamasında bildirib.

O vurğulayıb ki, ABŞ hazırda Avropaya mayeləşdirilmiş təbii qazı (LNG) əsasən dəniz limanları vasitəsilə göndərir. Ukraynanın mövcud qaz infrastrukturu isə Mərkəzi Avropa ölkələrinə birbaşa quru marşrutu təmin edə bilər. Bu da Rusiya qazının yerini tədricən ABŞ qazı ilə doldurmaq üçün əhəmiyyətli bir mexanizmə çevrilər. Beləliklə, Vaşinqton həm Avropanın enerji təhlükəsizliyinə real töhfə verər, həm də Rusiya qazından asılılığı azaldar:

“Ukrayna üçün bu model ikiqat faydalıdır. Maliyyə baxımından qaz nəqli və saxlama xidmətlərindən böyük gəlir əldə oluna bilər. Siyasi baxımdan isə Ukrayna özünü ABŞ və Avropa arasında enerji körpüsü kimi təqdim edərək strateji əhəmiyyətini artırar. Bu, həm də Rusiya ilə uzun illərdir davam edən enerji asılılığı və qaz tranziti münaqişəsində Ukraynanın əlini gücləndirər”

Onun sözlərinə görə, Slovakiya və Macarıstanın reaksiyası fərqli ola bilər. 

O, eyni zamanda bildirib ki, Slovakiya 2022-ci ildən bəri Rusiya qazının həcmini azaldır və diversifikasiya cəhdləri göstərir. ABŞ-Ukrayna marşrutu sayəsində əlverişli qiymət və təhlükəsiz mənbə əldə etsə, bu əməkdaşlığı dəstəkləyə bilər. Həmçinin Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi strategiyasına uyğun davranmaq onun marağındadır.

“Macarıstan isə Rusiya ilə sıx enerji əlaqələri saxlayır və “Türk axını” vasitəsilə birbaşa Rusiya qazı alır. Bu səbəbdən də Budapeşt ABŞ-Ukrayna layihəsinə siyasi və iqtisadi baxımdan ehtiyatla yanaşa bilər. Lakin enerji mənbələrinin diversifikasiyası uzunmüddətli perspektivdə faydalar gətirə bilər, xüsusilə qiymət və təchizat riskləri azaldıqda”, - deyə A.Nəsirli vurğulayıb.

Onun fikrincə, əgər layihə reallaşarsa, Rusiya qazının Mərkəzi Avropadakı payı azalacaq, ABŞ və Ukrayna isə yeni enerji mərkəzi kimi çıxış edəcək, Aİ-nin “enerji müstəqilliyi” məqsədinə doğru real addım atılmış olacaq. Amma bu, eyni zamanda Moskvanın sərt reaksiyasına səbəb ola bilər. Rusiya Ukraynanın tranzit infrastrukturuna təzyiqi artıra və yeni marşrutlar vasitəsilə əks-taktika qura bilər.

“Ukraynanın boru kəmərlərini ABŞ şirkətlərinə icarəyə verməsi qısa müddətdə regionun enerji xəritəsini dəyişməyə, uzun müddətdə isə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirməyə yönəlmiş addımdır. Ancaq bu, Macarıstan kimi Rusiya ilə yaxın olan ölkələrin siyasi müqaviməti və Moskvanın iqtisadi təzyiqləri ilə üzləşə bilər”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ və Ukrayna rəsmiləri Ukraynanın enerji ehtiyaclarına kömək etmək üçün ABŞ-nin mayeləşdirilmiş təbii qazını ixrac etmə imkanını müzakirə edir. Əvəzində isə, Zelenski Trampa ABŞ enerji şirkətlərinə Ukrayna boru kəməri infrastrukturundan istifadə etmək, o cümlədən Slovakiya və Macarıstana ixrac etmək imkanını təklif edə bilər.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

Zelenskidən Trampa strateji təklif: “Ukrayna ABŞ üçün enerji körpüsünə çevrilə bilər” — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 Bütün Xəbərlər